Füzulidə iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya isdinadən xəbər veri ki, hadisə Zobucuq qəsəbəsində baş verib.

Qəza zamanı 2001- ci il təvəllüdlü Dadaşov Yusif Seymur oğlu və daha bir nəfər ölüb.

Hazırda hüquq-mühavizə əməkdaşları qəza zamanı həyatını itirən digər şəxsin kimliyini və avtomobilin kimə məxsus olduğunu araşdırır.

Faktla bağlı araşdırma aparılır.