Füzulinin kəndlərinin birində kustar üsulla hazırlanmış raketatan aşkar edilib.
Yenicag.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, ermənilər bu cür silah vasitəsilə sıx məskunlaşmış ərazilərə raket atıb:
“Biz Füzulinin azad edilmiş kəndlərindəyik. Bu kustar üsulla hazırlanmış, səliqəsiz raketatan ermənilər tərəfindən sıx məskunlaşmış ərazilərə qarşı istifadə olunub. Bu cür kustar sistemlər əsasən Suriyada istifadə edilir. Ermənilər Yaxın Şərqdən muzdluları cəlb edib”.