Füzulidə minik avtomobili yandı

Füzuli rayonunun Böyük Bəhmənli kəndində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, ərazidəki ağaclar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.