Füzulidə partlamamış raket aşkarlanıb

fuzulirayonuYenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Füzuli rayonunun beşinci Zobcuq qəsəbəsi ərazisindən bir ədəd partlamamış hərbi sursat (PQ-7M raket) aşkar olunub.

Həmin hərbi sursat Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməliyyatçılarına təhvil verilib. Sursat agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.

Yenicag.az