Füzulidə tarixi tapıntılar aşkarlandı – Video

Qədim tariximizi özündə yaşadan ərazilərimizdən biri də Füzuli rayonudur.

Yenicag.az xəbər verir ki, rayonun Tarix-diyarşünaslıq muzeyinin direktoru deyib ki, 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə dərhal aparılan quruculuq işləri zamanı torpağın altından təkcə mina və sursat yox, həm də muzey əhəmiyyətli tarixi əşyalara da rast gəlinib.

Daha çox orta əsrlərə və 20-ci əsrin əvvəllərinə aid olan əşyalar tikinti aparan işçilərə tərəfindən aşkarlanıb.

Hazırda həmin tarixi tapıntılar Tarix-diyarşünaslıq muzeyində saxlanılır.