Füzulidə taxıl sahəsi və ağaclar yandı

Füzuli rayonunun Dilağarda kəndində 3 ha biçilmiş taxıl sahəsi və 30 ədəd ağac qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, yaxınlıqdakı ferma və ot bağlamaları yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;