Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Füzulidə top mərmiləri tapıldı - FOTO

Daxili İşlər Nazirliyinin “102-Zəng mərkəzi” xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun 9 saylı Qayıdış qəsəbəsində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

ANAMA-dan Yenicag.az-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli Rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə su kanalına baxış keçiriblər. Agentliyin mütəxəssisləri tərəfindən orada 122 millimetrlik 6 top mərmisi (iki OF-56 və dörd Ş-1) aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında beş min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Loading...

www.yenicag.az

12236
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100