Füzulidə üç otaqlı ev yandı

Füzulidə üç otaqlı ev yanıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Füzuli rayonunun Horadiz şəhərində ümumi sahəsi 120 m² olan birmərtəbəli üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

COP29