Füzulidə vəzifəli şəxs vəfat etdi – FOTO

Uzun illər Füzuli rayonunda təhsil sahəsində çalışmış Rafiq Səmədov vəfat edib.

Yenicag.az xəbər verir ki, o, xəstəlik səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, R.Səmədov xeyli müddət Horadiz qəsəbə 2 saylı orta məktəbin direktoru vəzifəsində çalışıb. O, son olaraq Füzuli Təhsil Şöbəsinin müdir müavini vəzifəsini icra edib./news24/