Füzulidə yanğın hadisəsi baş verdi

Füzulidə yanğın qeydə alınıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Dördüncü Zobucuq qəsəbəsində ümumi sahəsi 20 m² olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları qismən yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.