Füzulidə yol qəzası baş verib

Füzuli rayonu Şükürbəyli kəndində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, taksi fəaliyyəti göstərən “Mercedes” markalı avtomobillə “VAZ-21-015” markalı avtomobil toqquşub.

Qəza zamanı hər iki avtomobilin sərnişinləri xəsarət alıb. Yaralılardan biri, “Mercedes”in sərnişini, 1968-ci il təvəllüdlü Kərimova Ziyafət İnqilab qızı əvvəlcə rayon xəstəxanasına, sonra isə Bakıdakı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Z.Kərimovaya sol qabırğaların sınığı və bədənin müxtəlif dərəcəli əziyi diaqnozu qoyulub.

Fakla bağlı araşdırma aparılır.