Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az APA-ya istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini 1990-cı il təvəllüdlü Əmiraslanov Mətləb Rəşid oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. O, əməliyyat olunub. Həkimlər yaralının vəziyyətinin orta ağır olduğunu bildirib.
RM. Əmiraslanovun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az