!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

G7 ölkələri bu tarixdə toplanır - Ukraynadakı referendumla bağlı bəyanat

!Reklam – Yazi

Ukraynanın şərqində keçirilən referendumları pisləyən G7 ölkələri oktyabrın 25-də Berlində bu ölkənin bərpası ilə bağlı konfrans keçirməyə razılaşıb.

Yenicag.az xəbər verir ki, bu barədə G7 liderlərinin yazılı bəyanatında qeyd olunub.

Sənəddə qeyd edilib ki, Ukraynanın suveren ərazisinin statusunu dəyişdirməyə yönələn bu hərəkətlər BMT nizamnaməsinə, beynəlxalq hüquqa və qanunun aliliyinə ziddir:

“G7 Ukraynanın işğal edilmiş ərazilərində keçirilən referendumlara görə Rusiyaya qarşı sanksiyaları genişləndirməyə hazırdır.

Ölkələr Kiyevə maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstək verməyə davam edəcək, həmçinin yenidənqurma səylərini irəli aparacaqlar.

Oktyabrın 25-də Berlində Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsi üzrə beynəlxalq ekspert konfransı keçiriləcək”.

Xatırladaq ki, bu gün Ukraynanın Rusiya qoşunlarının nəzarətində olan Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində Rusiyaya subyekt kimi qoşulmaq üçün referendum başlayıb. Proses sentyabrın 27-dək davam edəcək.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv