Yeddilik Qrupu (G7) ölkələri İranın İsrailə hücumunu pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.
Yenicag.az xəbər verir ki, bu barədə Avropa Şurasının rəhbəri Şarl Mişel G7-nin iclasının yekunlarına dair açıqlama verib.
“Böyük yeddilik ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – o, “X” hesabında yazıb.
Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək: “Qəzza zolağında atəşkəs yolu ilə böhrana mümkün qədər tez son qoyulması fərq yaradacaq”.
Mişel əlavə edib: “Yaxın Şərqdəki, o cümlədən Livandakı vəziyyət gələn həftə Avropa Şurasında müzakirə olunacaq”.