G7 ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsini dəstəkləyir

“Yeddilik Qrupu” (G7) ölkələri kriptoaktivlərin daha sərt tənzimlənməsinin zəruriliyi məsələsini birgə təşviq etmək niyyətindədirlər.

Yenicag.az xəbər verir ki, bu məsələnin may ayında Hiroşimada keçiriləcək sammitin yekunları üzrə G7 liderlərinin birgə bəyanatında öz əksini tapmasının planlaşdırıldığı vurğulanıb.

Agentliyin mənbələrinə görə, qlobal bank sistemində yaranan böhran fonunda G7 ölkələri kriptoaktivlərin sahiblərinin qorunmasına yönəlmiş qanunvericilik bazasının hazırlanmasını zəruri hesab edirlər./Trend/