G7 ölkələrindən Rusiyaya çağırış

G7 ölkələri Rusiyanı “Skripal işi”nə görə məsuliyyət daşımağa çağırıblar.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Kanada xarici işlər nazirinin bəyanat yayıb:

“Biz Böyük Britaniya ilə eyni fikirdəyik və onunla razılaşırıq. Böyük ehtimalla, Rusiya bu hücuma görə məsuliyyət daşıyır və bunun başqa alternativ izahatı yoxdur”.

Qeyd edək ki, Rusiyanın Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə zəhərləniblər. Böyük Britaniyanın baş naziri Tereza Mey Rusiyanı onların zəhərlənməsində ittiham edib.

COP29