G7 ölkələrindən Ukrayna üçün TARİXİ QARANT: Rusiya nədən narahatdır?

Rusiya G7 ölkələrinin Ukrayanaya verdiyi təhlükəsizlik təminatından ciddi narahat olub.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Onun sözlərinə görə, G7 ölkələrinin Ukrayna üçün nəzərdə tutduqları təhlükəsizliyə dair təminatlar Rusiyanın təhlükəsizliyinə təhdid yaradır:

“Bu, mümkün deyil və yaxın, orta və uzaq perspektivdə son dərəcə neqativ nəticələrə gətirib çıxara bilər. G7 ölkələri belə bir qərar qəbul etməklə, Avropanı daha uzun müddətə təhlükəyə çevirmiş olacaqlar.

Digər tərəfdən, NATO-nun Ukraynaya kaset bombaları göndərməsi situasiyanı dəyişir və əlbəttə ki, əks tədbirlər görmək zərurəti doğurur. Həmin tədbirlıərin nədən ibarət olmasi isə Müdafiə Nazirliyinin səlahiyyətinə daxildir”.