G7 ölkələrinin müdafiə nazirlərinin İtaliyada keçiriləcək görüşündə Kiyevə daha çox hərbi yardımın göstərilməsi məsələsi müzakirə olunacaq.
Yenicag.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte açıqlayıb.
“Biz Ukraynaya yardımı genişləndirmək, müdafiə istehsalının həcmini artırmaq və tərəfdaşlarımızla əməkdaşlığı gücləndirmək üçün nə edə biləcəyimizi müzakirə edəcəyik”, – Rutte bildirib.