G7 Suriyada siyasi dəyişiklikləri dəstəklədi

G7 dövlətlərinin liderləri Suriyada başlanan siyasi transformasiyanı alqışlayır və ölkənin birliyini qorumağa çağırırlar.

Yenicag.az xəbər verir ki, bu barədə formatın bəyanatında deyilir.

“Biz, G7 liderləri, Suriya xalqına sadiqliyimizi bir daha təsdiqləyirik və BMT Təhlükəsizlik Şurasının 2254 saylı prinsipləri ruhunda Suriyanın başçılıq etdiyi inklüziv siyasi keçid prosesini dəstəkləyir, Suriyanın ərazi bütövlüyü və milli birliyinə, müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşırıq”.

Liderlər, həmçinin BMT-nin Colan Təpələrindəki Müşahidəçi Qüvvəsinə dəstək ifadə ediblər.

G7 həmçinin aydınlaşdırıb ki, o, Suriyada hakimiyyətin bütün etno-konfessional azlıqların və qadınların hüquqlarına hörmət edəcəyi siyasi keçidi dəstəkləyəcək.

Liderlər “Suriya prezidenti Bəşər Əsəd rejiminin törətdiyi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini” vurğulayıblar.