Ever Baneqanın “Qalatasaray”a transfer olunduğu iddia edilir.
Yenicag.az xəbər verir ki, bu barədə iddianı “Milliyyət” qazetinin “Galatasaray” müxbiri Nevzat Dindar tərəfindən irəli sürülüb.
Jurnalistin iddiasına görə, artıq 3+1 il müddətində anlaşma əldə edilib və Baneqa bu müqavilənin qarşılığında 3.2 milyon avro qazanacaq.
Qeyd edək ki, Ever Baneqa hazırda İspaniyanın “Seviliya” klubunda çıxış edir.
İndi Nevzat Dindar qeyd edir ki, geriyə ancaq “Seviliya” rəhbərliyini razı salmaq qalıb. Jurnalistə görə, 7 milyon avroluq bir razılaşma “Seviliya” rəhbərliyini razı salmağa bəs edir.