“Galaxy Note 7”nin akkumulyatorlarının nasazlıq səbəbi aşkarlanıb

Cənubi Koreyanın “Samsung” şirkəti “Galaxy Note 7”nin akkumulyatorlarının yanma səbəbini açıqlayıb.

Yeniçağ.Az-ın “Report”-a istinadən verdiyi xəbərə görə, “Samsung” şirkəti bildirib ki, “Galaxy Note 7”nin enerji yığdığı zaman akkumulyatorlarının yanması məhsulun istehsalı zamanı baş verən nöqsanlar səbəbindən olub.

“Nöqsanlar qurğunun akkumulyatorların yığılması və texnoloji proseslərin layihələndirilməsi zamanı olub”, – deyə nasazlığa görə məsuliyyəti öz üzərinə götürən “Samsung” şirkəti bildirib.

Məlumata görə, 700 nəfərdən ibarət tədqiqatçılar və mühəndislər qrupu 200 mindən çox qurğu və daha 30 min akkumulyatoru testdən keçiriblər.

Qeyd edək ki, “Samsung Electronics”in ötən il avqustun 19-da satışa çıxardığı “Galaxy Note 7”nin akkamulyatorunun öz-özünə yanması səbəbi oktyabrın əvvəlində məhsulun istehsalı və satışı müvəqqüəti dayandırıldı. Eyni zamanda bir müddət əvvəl şirkət bu model smartfon sahiblərinə məhsulu geri qaytarmağı və ya dəyişməyi təklif edib. ABŞ-da satılan telefonlardan cəmi 93% geri qaytarılıb, amma 133 minə yaxın qurğu hələ də sahiblərindədir.

Yeniçağ.Az

COP29