!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Galaxy Note7”: Bütün dünyada partladı, Azərbaycanda yox

!Reklam – Yazi

e890cd25b4d37de8f1f8c6051ebd3a2c“Galaxy Note7” modelinin alışması əvvəlcə bu smartfonların geri çağırılmasına, ardınca isə ümumiyyətlə cihazların istehsalının və satışlarının dayandırılmasına səbəb olub.

Baş verənlər şirkətin səhmlərinin ciddi şəkildə azalmasına gətirib. Cənubi Koreya nəhənginin itkilərini “Reuters” agentliyinin sorğusu əsasında bir sıra maliyyə institutları qiymətləndirib. “Credit Suisse” analitikləri hesab edir ki, “Galaxy Note 7”-dəki nasazlıq səbəbindən “Samsung” 19 mln. ədəd smartfonun satışını həyata keçirə bilməyəcək və $17 mlrd. itirəcək.

“Strategy Analytics”in ekspertləri isə hesab edir ki, “Samsung”un itkiləri $10 mlrd. təşkil edəcək. Onlar düşünür ki, baş verənlər 15 mln. ədəd “Galaxy Note 7” satışını əngəlləyəcək.

Ötən gün Seul fond birjasında “Samsung”un səhmləri 8,04% ucuzlaşıb ki, bu da son 5 il ərzində az ciddi gündəlik itkidir. Beləliklə, “Bloomberg” agentliyinin məlumatına görə, şirkətin bazar dəyəri $20 mlrd. azalaraq $193 mlrd. təşkil edib.

Bu arada “Samsung Electronics Co.” III rübdə mənfəət üzrə proqnozunu $2,3 mlrd. azaldıb. Şirkət III rübdə $4,63 mlrd. mənfəət əldə etməyi proqnozlaşdırır.

PROBLEMİN AZƏRBAYCAN VERSİYASI

“Samsung” şirkətinin Azərbaycanda rəsmi distributorları “Baku Electronics”, “İntegral Plus/Maxi.az” və “Kontakt Home” mağazalarıdır. Bu şirkətin məhsulları Azərbaycanda da populyar olduğu üçün “Galaxy Note7” modelindəki problemin yerli bazara necə təsir etdiyi araşdırmaq qərarına gəldik.

Beləliklə, “Baku Electronics” şirkətindən bildirdilər ki, sözügedən məhsulun Bakıda təqdimatı keçirildikdən sonra şirkət 1 partiya sifariş verib: “Partiyada 60-70 ədəd “Galaxy Note7″ modeli yer alıb. Lakin məlum problem səbəbindən həmin məhsullar geri çağırıldı”.

“Kontakt Home”dan isə bildirilib ki, şirkət sözügedən smartfonları müştərilərinin sifarişi əsasında gətirərək satıb: “Smartfonlar alışmağa başladıqdan sonra sifarişlər dayanıb”.

“İntegral Plus/Maxi.az”dan isə bildirirlər ki, məhsul satışa çıxarılan zaman şirkət həmin smartfondan 100 ədəd sifariş verib: “Lakin sonradan məlum hadisədən sonra həmin smartfonlar “stock”da saxlanılaraq satışa çıxarılmadı”. Maraqlıdır ki, məhsul hələ də “stock”dadır və geri qaytarılmır.

Maraq üçün qeyd edək ki, “Galaxy Note7″nin Azərbaycanda qiyməti təxminən 1600 manat təşkil edir.

Belə çıxır ki, Azərbaycanda da “Galaxy Note7” istifadəçilərinin sayı az deyil. Düzdür, hələlik yerli istehlakçıların bu smartfonların alışması ilə bağlı narazılığına rast gəlinməyib. Distributorlar da deyir ki, smartfonların fəaliyyətindən narazı olan və məhsulu geri qaytarmaq istəyənlər yoxdur.

RƏQİBLƏR FÜRSƏTİ ƏLDƏN VERMƏYƏCƏK

Analitiklər hesab edir ki, “Galaxy Note7” ətrafında baş verənlər şirkətin istehsal etdiyi digər smartfonlara da tələbatı azaldacaq. Burada daha çox psixoloji amil böyük rol oynayır. Proqnozlara görə, şirkətin mobil bölməsinin mənfəəti 85% azalacaq.

Gözlənildiyi kimi, baş verənlər rəqiblərin, xüsusən də “Apple” şirkətinin lehinədir. Sonuncunun səhmləri son zamanlar sürətlə bahalaşır.

“S&P Capital IQ” şirkətinin rəsmisi Ancelo Zino hesab edir ki, “Galaxy Note 7″nin problemləri “Apple” şirkətinə əlavə olaraq 14-15 mln. ədəd “iPhone” satmağa imkan yaradacaq. Uoll-stritdə isə hesab edirlər ki, iyul-sentyabr ərzində “Apple” 60 mln. ədəd cihaz satacaq.

“Galaxy Note7″nin bərbad triumfundan yalnız “Samsung” əziyyət çəkməyəcək. Baş verənlər bu model üçün aksessuar istehsal edən şirkətlərə də ciddi təsir edəcək.(APA)

www.yenicag.az

671
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv