!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Galya Frayman Molinas: “Qurum olaraq, Azərbaycan vətəndaşıyıq”

!Reklam – Yazi

“Coca Cola”-nın Türkiyə, Qafqaz və Orta Asiya üzrə rəhbəri Galya Frayman Molinasın “Yeniçağ.az” saytına müsahibəsini təqdim edirik.

– Qafqazda ən yüksək ticarət dövriyyəniz hansı ölkədədir?

– Təbii ki, ən yüksək ticarət dövriyyəmizi Azərbaycanda əldə edirik, bizim üçün çox önəmli bazardır. Biz uzun illərdən bəri oradayıq. Azərbaycandakı varlığımıza təkcə iş kimi baxmırıq – bunu birlikdə iş gördüyümüz ortaqlarımız baxımından da deyirəm – belə ki, Olimpiya komitəsiylə həyata keçirtdiyimiz bir çox layihəmiz var, onlarla gördüyümüz işlərə olduqca dəyər veririk. Azərbaycanda görülən işlər dünya üçün önəmli örnəklərdir. Eyni zamanda, bir az əvvəl “Y nəsli” barədə danışdıq ha, Azərbaycanda da belə bir qrupumuz var. Onlar gənc liderlərdir. Dünya İqtisadiyyat Forumunun dünyanın gələcəyini formalaşdıracaq gənc liderlər qrupu da var. Bizim Azərbaycandakı qrupumuzun onlarla da yaxın əlaqəsi var. Yəni, Azərbaycan bizim üçün sadəcə iş baxımından deyil, eyni zamanda, yaxından maraqlanıb, dərin əməkdaşlığımız olan bir ölkədir. Digər ortaqlarımızdan fərqli olaraq, Azərbaycanı öyrənmək və əməkdaşlıq etmək bizim üçün çox böyük önəm daşıyır.

– Çıxışlarınızda vurğuladınız: müasir dövrdə zəngin olmağın bir anlamı yoxdur, zənginliyi bölüşəndə mənalı olur.

– Bəli, bəli. Oradakı universitetlərlə də xeyli işlər görürük. Biz Azərbaycandan çox şey öyrənirik.

– 2015-ci ildə Azərbaycanda iki devalvasiya yaşandı. Bu vəziyyətin ticari baxımdan sizin fəaliyyətiniz üzərində mənfi təsiri oldumu?

– Mütləq. İqtisadiyyatda yaşanan hər şeyin, təbii olaraq, bizim üzərimizdə də təsiri olur. Devalvasiyalar da eyni şəkildə oldu. Ancaq bunu da deməliyəm ki, biz əvvəlcədən öz hazırlığımızı görmüşdük. Devalvasiya olanda əvvəlcədən müəyyənləşdirilmiş strategiyalarla hərəkət etmək lazımdır. Malları mütləq şəkildə düzgün qiymətdən satmaq lazımdır ki, müştərilər əvvəlki kimi ala bilsinlər. O mənada biz qiymət siyasətini ön plana çıxartdıq. Məsələn, Azərbaycanda Novruz bayramı çox önəmlidir. Bu il orada kommunikasiyalarımıza davam etdik, investisiyalarımızı artırdıq.Biz Azərbaycanda qısamüddətli məqsəd dalınca qaçmırıq, uzun müddətli hüquqi vətəndaş kimi oradayıq. Ona görə bir il devalvasiya oldu deyə, biz investisiyalarımızı dayandırmarıq. Eynilə davam edirik və edəcəyik.

– Azərbaycandan çox məmnun olduğunuzu görürük. Orta Asiyada vəziyyət necədir?

– Orta Asiyada Qazaxıstanı lokomotiv sayırıq. Daha çox inkişaf etmiş ölkədir. Adambaşına düşən istehlak nöqteyi-nəzərindən Qazaxıstan daha güclü ölkədir.Təkcə bizim üçün yox, bütün ticarət sektoruna görə inkişaf etmiş ölkədir. O baxımdan Qazaxıstanı Orta Asiyanın 1 nömrəsi adlandıra bilərəm. Oarda işgörmə tərzimiz eynilə Azərbaycandakı kimidir. Azərbaycanın başqa bir gözəlliyi isə orada bir-birimizlə türkcə danışmağımızdadır. Bu, bizim üçün çox dəyərlidir.

– Müqayisə ediləndə, Türkmənistan daha qapalı ölkədir. Orada işlərinizi necə səhmanlayırsınız, ticari dövriyyənizdən razısınızmı? Qapalılıq baxımından orada sıxıntınız olurmu?

– Sizə bir şey deyimmi? Bütün ölkələrin özlərinə görə dinamikaları var. O dinamikalar içərisində, ölkələrin mədəniyyətinə hörmətlə yanaşaraq, birlikdə çalışdığımız insanlardan öyrənərək bir iqtisadi sistem yaradırıq. Daha əvvəl Türkmənistan da ciddi bir devalvasiya yaşadı. Hal-hazırda məzənnə ilə bağlı problemləri var. Ancaq problem bu gün var; sabah yoluna düşəcək. Biz o çərçivədə dəyərləndirməyin tərəfdarıyıq.

– Yəni, deyirsiniz ki, biz öz işimizə güvənirik, hər şeyi yerbəyer edərik.

– Biz ölkələrə güvənirik. Yetər ki, toplumlar daimi olsun. İqtisadiyyatda isə illah da bir nöqtədə fürsətlər meydana çıxır. Bu gün o fürsətləri biz dəyərləndirə biliriksə – nə gözəl. Əgər dəyərləndirə bilməsək, sabah yeni təşəbbüskarlar ortaya çıxacaq. Qafqazda və Orta Asiyada güclü dinamika var, ona görə oralarda iş görmək istəyənlər də dinamik olmalıdırlar.

– Bəhs etdiyiniz Y-nəslinin təşəbbüskarlığını Qafqaz və Orta Asiyada həyata keçirtməyin imkanları nə dərəcədə genişdir?

– Qafqaz və Orta Asiyadakı Y- nəsli burada olduğundan daha önəmli və dinamikdir. Çünki yeni nəsil müdhiş bir dinamizmlə gəlir. Onlar yeni həyatda dünyaya gəldilər, ona görə də onları yaxşı anlamalı və şirkətlərə inteqrasiya etməliyik. Bizim buna alternativimiz yoxdur, bunu etmək məcburiyyətindəyik.

Yeniçağ.az

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv