Bakıda tanışı tərəfindən zorakılığa məruz qalan qız polisə müraciət edib.
Hadisə Binəqədi rayonunda baş verib.
Abşeron rayon sakini 1997-ci il təvəllüdlü S.Y 102 xidmətinə zəng edərək bir neçə gün öncə başına gələn hadisə barədə məlumat verib: “Avqustun 29-da gecə tanışım Mədətlə dəniz qırağına getdik. Goradil bağlarında dəniz kənarında Mədət məni zorlamaq istədi, müqavimət göstərdim”.
Müəyyən edilib ki, 23 yaşlı M.Mədət də Abşeron rayon sakinidir. Faktla bağlı araşdırma aparılır(qafqazinfo).