Gecə klubuna silahlı hücum: 15 nəfər öldürüldü

Meksikanın Salamanke şəhərində (Quanaxuato ştatı) gecə klubunu silahlı hücum olunub.

Yenicag.az xəbər verir ki, “La Olaya” klubuna daxil olan bir qrup silahlı şəxs binada olan insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində 15 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.

Hadisənin şahidlərinin sözlərinə görə, insident zamanı klubda 20-dən artıq insan olub. Yaralananların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edilir ki, silahlı şəxslər hadisə yerindən qaçıblar./Trend/