Gecə klubunda atışma – Yaralananlar var

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecə “Basiani” gecə klubunda atışma olub.

Yenicag.az xəbər verir ki, insidenti kluba buraxılmayan naməlum şəxs törədib.

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə, “Basiani” klubunda baş verən insidentlə bağlı verdiyi məlumata görə, həmin şəxs klubun girəcəyində atəş açaraq 3 nəfəri yaralayıb və hadisə yerindən qaçıb.

Saxlanılan şəxsin üzərindən odlu silah, 6 bıçaq və 23 patron götürülüb. Onu 16 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.