Gecə klubunda dava – Məşhur müğənni narkomanı döydü

Kanadanın məşhur pop-müğənnisi Castin Biber “Koaçella” festivalı zamanı bir qadının müdafiəsinə qalxaraq, ona sataşan kişini döyüb.

Yenicag.az bildirir ki, bu haqda TMZ saytı məlumat yayıb.

Məlumata görə gecə klublarının birində narkotikin təsirində olan bir kişi tanımadığı qadının boğazından yapışaraq ona sataşıb. Bu zaman Biber onu buraxmağı tələb edib, lakin kişi musiqiçini söyərək  əməlindən əl çəkməyib.

Təhqirə cavab olaraq, Biber onun üzünə zərbə endirərək qadını azad edib.

 

Zaur H.