Dünən gecə Bakıda yerləşən klublarının birində kütləvi dava baş verib.
Yenicag.az oxu24.com-a istinadən xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, dava baş verən zaman klubda Pərvin Abıyeva və işdən çıxarılan polis əməkdaşı olan sevgilisi də olub.
Şahidlərin bildirdiyinə görə, dava zamanı Pərvin Abıyevanın sevgilisi də bərk əsəbiləşib.
Onlar klubu tərk ediblər. Daha sonra dava edən şəxslər küçəyə çıxaraq səs-küy salıblar.
Həmin məşhur klub şəhərin mərkəzində, Nizami küçəsində yerləşir.