Gecə klubunda kütləvi dava – Yaralananlar var

Paytaxtın Nəsimi rayonu ərazisində “Hiss” gecə klubunda kütləvi dava olub. Dava zamanı 4 qadın döyülüb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.