Gecə klubunun sahibi qızı döydü

37650Bakının mərkəzindəki gecə klublarından birində xuliqanlıq hadisəsi baş verib.

Cəlilabad rayonunun Ağdaş kəndinin sakini olan 1990-cı il təvəllüdlü Türkan Niftəliyeva polisə müraciət edərək bildirib ki, bir neçə gün əvvəl gecə saatlarında Əliyarbəyov küçəsi 7 ünvanındakı “Night” klubda oranın sahibi Rəhim Əkbərzadə onu döyərək xəsarət yetirib.

Şikayətçi iş adamının onu hansı səbəbdən döyməsini izah etməyib.