Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gecə qidalanma sindromu - Necə xilas olmalı? / Dietoloqla müsahibə

Bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Artıq çəki görünüşə mənfi təsir etməklə yanaşı, sağlamlığınızı da böyük təhlükə altında qoyur.

Dietoloq-reabilitoloq Anna Belova Yenicag.az-a müsahibəsində artıq çəkidən qurtulmağın xilas yollarından danışıb.

Müsahibəni təqdim edirik:

– Arıqlamaq və sonra yenidən kökəlməmək üçün nə etməli?

–  Artıq çəki yalnız xarici görüntü deyil, həm də  sağlıq problemidir. Artıq çəki ömrü də qısaldır.

Bir qayda olaraq, insanlar dietaya başladıqda keyfiyyətli qidalardan az istifadə edir və bu da vitamin çatışmazlığın artır, bədən qida tələb edir. Bu halın baş verməməsi üçün mütəxəssis məsləhəti ilə dietaya başlayın.

Mütəxəssis sizin hal-hazırkı vəziyyətinizi anlamaq üçün hansı analizləri verməli olduğunuzu deyəcək və sağlamlığınızı qoruyacaq diet cədvəlinizi təyin edəcək

– Müntəzəm qidalanma xərçəngin inkişaf riskini azalda bilər?

– Alimlər xərçəng hüceyrələrinin asidli mühitdə inkişaf etdiyini və qələvi mühitdə isə öldüyünü sübut edib. – bir  çox güman ki, eşidildi. Asidik pH ət, un və şirin qidalarla, qələvi isə meyvələr, tərəvəzlər, bitkilər və su ilə qəbul edilir. Bu məhsullardan istifadə etmək və turşuları azaltmaqla onkoloji xəstəliklərə tutulma riskini azalda bilərik.

– Prebiyotiklərin və probiyotiklərin əhəmiyyəti. Onlara nə dərəcədə ehtiyac var və düzgün istifadə qaydası necədir?

Probiyotiklər, yalnız yaxşı həzm üçün deyil, immunitet, təmiz dəri və ümumi rifahın əsasını təşkil edən mikroflora üçün faydalı canlı bakteriyalardır.

Prebiyotiklər, əslində, probiyotiklərin həyati fəaliyyətinin əsasını təşkil edən bir qida substratıdır, bu ən faydalı bakteriyaların böyüməsini stimullaşdırırlar. Göyərti, alma, kəpək, sarımsaq, soğan, lobya, banan kimi qidalar prebiyotiklərə aiddir. Vəziyyəti normallaşdırmaq üçün, prebiyotikləri pəhrizə əlavə edərkən, aptekdən probiyotiklər də içə bilərsiniz.

– Maddələr mübadiləsinin pozğunluğundan əziyyət çəkən yeni ana olan birinin çəkisi artaraq 110 kq olarsa, arıqlaması mümkündür? Bunun üçün nə etməlidir?

– Hormonal pozğunluq çox geniş bir anlayışdır. Maddələr mübadiləsinin pozulmasında çəki, iştah və metabolik xəstəliklərin artması müşahidə edilə bilər. Bu halda mütəxəssis-endokrinoloq müayinəsi mütləqdir. Sizə təyin edilən analiz nəticələrinə əsasən yenidən normal çəkinizə qayıtmaq üçün pəhriz cədvəli veriləcək. Bununla yanaşı gəzinti, hərəkət etmək və vitaminli qidalar qəbul etmək mütləqdir.

Loading...

www.yenicag.az

120
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100