Ukraynanın paytaxtı Kiyevdə gecə saatlarında spirtli içkilərin satışı qadağan edilib.
Yenicag.az xəbər verir ki, qərara əsasən, mağazalarda gecə 23:00-dan səhər 10:00-dək spirtli içkilər satılmayacaq.
Qərar bu gündən qüvvəyə minəcək.
Maraqlıdır ki, sözügedən qərar kafe, restoran və barlara şamil olunmur.
Qeyd edək ki, Ukraynada hər il 40 minədək insan alkoqolizmdən ölür.