Gecə yarısından sonra fəaliyyət göstərən kafe cərimələndi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi növbəti tədbirlər zamanı rayon ərazisində yerləşən “Alça bağı” kafesinin karantin qaydalarına zidd olaraq gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi aşkar edilib.

Həmin obyekti icarə əsasında işlədən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.