Bir müddət öncə açıq-saçıq fotosessiyası ilə sosial şəbəkədə müzakirə olunan və təhqirlərə məruz qalan aparıcı Humay Muxtarova efirdə özünə haqq qazandırıb.
Yenicag.az xəbər verir ki, o, bu fotosessiyanı özü üçün etdirdiyini bildirib:
“Əgər vücudum buna imkan verirsə, niyə də geyinməyim? Mən bu fotoları özüm üçün çəkdirib, paylaşmışam. Təhqir başqa, tənqid başqa. Ona qalsa, Azərbaycan mentaliteti deyirlər, amma gedib baxsınlar, “Torqovı”da ərəblərə nömrə paylayırlar, onları saxlasınlar”.
Qeyd edək ki, bir müddət öncə açıq-saçıq fotolarını paylaşan aparıcı daha sonra “bir gecəmə yarım milyon verirlər” deyib, intim təkliflər aldığını bildirmişdi.
Nehru