Gecəsi 1 dollara olan otel – Bu şərtlə

Yaponiyada gecəsi 1 dollara olan otel böyük marağa səbəb olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın Fukuoka şəhərində “Asahi Ryokan” adlı otel maraqlı yeniliyə imza atıb. Belə ki, otel boş qalan otaqlarını gecəsi 1 dollardan kiralamağa başlayıb. Əhali arasında “One Dollar Hotel” adı ilə tanınan otel 1 dollara qalmaq istəyən qonaqlara yalnız bir şərt irəli sürür: “Youtube”da canlı yayım etmək. Qonaqlar gecə yatarkən işıqları söndürə bilərlər.

Qeyd edək ki, bir çoxları tərəfindən yaxşı qarşılanmayan bu layihə, xüsusilə, “youtuber”lərin diqqətini çəkir.