!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gecəsi 250 manata olan İSTİRAHƏT MƏKANLARI: Bölgələrdə qiymətlər ƏL YANDIRIR - ARAŞDIRMA

!Reklam – Yazi

İstirahət günlərini, həftəsonlarını daha səmərəli keçirmək istəyən insanların bəziləri xarici ölkələrə, bəziləri də elə ölkəmizin səfalı bölgələrinə üstünlük verir.

İstirahət məkanından asılı olaraq dəyişən qiymətlər insanların cib kisəsinə nə dərəcədə uyğundur?

Yenicag.az bölgələrimizdə istirahət məkanlarının qiymətlərini araşdırıb.

Qəbələ rayonunun Vəndam kəndində, Yeddi Gözəl şəlaləsinin yaxınlığında yerləşən 5-6 nəfərlik həyət evinin bir günlük icarəsi 200-250 manat;

Şamaxının Sis kəndində yerləşən 3-4 nəfərlik yaşayış mənzillərinin bir günlük icarəsi 130-170 manat;

Şahdağda 3 nəfərlik yaşayış mənzillərinin bir gecəlik qiyməti 150 manat;

Şəkidə yerləşən “Marxal resort & Spa” hotelinin bir gecəlik qiyməti 175 manat;

Quba-Qəçrəş-Xınalıq yolunda yerləşən “Nazlı Bulaq” istirahət məkanının 1 gecəlik qiyməti 100 manat;

Lənkəranın Rvo kəndində yerləşən istirahət məkanlarının bir günlük qiyməti 80-130 manat təşkil edir.

Sadiq Cavadov

www.yenicag.az

683
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv