Gədəbəy bazarında satıcılar arasında dava – Bıçaqlanan var

Gədəbəydə bazarda satıcılar arasında dava olub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb. Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.

M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin təfərrüatları hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.