Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında yanğın oldu

Gədəbəydə yanğın hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Gədəbəy Rayon İcra Hakimiyyətinin binasında qeydə alınıb.

Belə ki, binada anidən yanğın başlayıb.

Dərhal əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunublar. Yanğın əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən söndürülüb, digər otaqlar yanğından mühafizə olunub./Apa//Report/