Gədəbəydə 2 nəfər dəm qazından zəhərləndi

Gədəbəy rayonunda 2 qadın dəm qazından zəhərlənib.

Yenicag.az xəbər verir ki, Gədəbəy rayon sakinləri, 1999-cu il təvəllüdlü K.Əliyevə və 1998-ci il təvəllüdlü P.Məmmədova dəm qazından zəhərləniblər.

Zərərçəkənlərin hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.