Gədəbəydə 3 nəfər dəm qazından zəhərləndi

Gədəbəy şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, çörəkbişirmə sexində işləyən 1971-ci il təvəllüdlü Pəri Sadıqova, 1976-cı il təvəllüdlü Xatirə Həsənova və 1986-cı il təvəllüdlü Sevinc Hüseynova dəm qazından zəhərlənərək xəstəxanaya aparılıb.

Fakt araşdırılır.