!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gədəbəydə 31 yaşlı kişi güllələndi - TƏFƏRRÜAT

!Reklam – Yazi

Gədəbəy rayonunda 31 yaşlı kişi odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Yenicag.az-a bildirilib ki, Gədəbəy rayon Miskinli kənd sakinləri, 1978-ci il təvəllüdlü Qamət Şahmalı oğlu Fatullayev və həmyerlisi, 1990-cı il təvəllüdlü Elnur Qurban oğlu Tağıyev birlikdə dovşan ovuna gediblər. Ov zamanı Q.Fatullayevin əlində olan ov tüfəngindən ehtiyatsızlıqdan açılan güllə E.Tağıyevin ayağına dəyib. Yaralı Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.yenicag.az

444
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv