Gədəbəydə 57 yaşlı qadın intihara cəhd edib.
Rayonun Şınıx kəndində kənd sakini, 1958-ci il təvəllüdlü Nəsibə Hüseynova yaşadığı evdə üzərinə neft tökərək özünü yandırıb. Qadın dərhal Gədəbəy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona bədənin 95 faizinin 2-3-cü dərəcəli yanıq diaqnozu qoyulub. N. Hüseynovanın vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə N. Hüseynova ailə münaqişəsi zəminində özünü yandırıb.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.