Gədəbəydə 2 avtomobil toqquşub.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Düzyurd kəndində baş verib.
“Niva” markalı avtomobillə “Jiquli” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər – Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: – 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.