Reklam: High Technic
hightechnic

Gədəbəydə avtomobil körpüdən aşıb: xəsarət alan var

Gədəbəydə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İvanovka kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Məmmədov Vüsal Rüfət oğlu idarə etdiyi “UAZ” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın körpüdən aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

565