Gədəbəydə bədbəxt hadisə – 21 yaşlı gənc öldü

Gədəbəy rayonunda atdan yığılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun “Mal bazarı” adlanan ərazisində olub.

Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən “VAZ-21021” markalı avtomobilə çırpıb.

Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır./Report/