Gədəbəydə evinə qayıdan qadın dəhşətli mənzərə ilə qarşılaşdı

Gədəbəy rayonunda kişi meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, hadisə martın 29-da rayonun İnəkboğan kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakini İsmayılova Nəzakət Fərman qızı əkin sahəsindən yaşadığı evə qayıdarkən onunla eyni evdə yaşamış, mütəmadi spirtli içkilər qəbul etməklə tüfeyli həyat tərzi keçirmiş əri, 1968-ci il təvəllüdlü İsmayılov Fazil İsmayıl oğlunun meyitini aşkar edib.

Faktla bağlı araşdırma aparılır.