Gədəbəydə göldə batmış 15 yaşlı yeniyetmənin meyiti tapılıb

Gədəbəydə göldə batan şəxsin meyiti tapılıb.

Yenicag.az FHN-nə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri 2002-ci il təvəllüdlü Abbasov Pərviz İsa oğlunun cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

* * *

Gədəbəydə bir nəfər göldə batıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Gədəbəy rayonu, Şınıx kəndində 1 nəfərin göldə batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

Yenicag.az