Gədəbəydə oğul anasını döyərək öldürüb

ogulanaGədəbəy rayonunda oğul anasını döyərək qətlə yetirib.

Yenicag.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

 

Yenicag.az