Gədəbəydə qadın əri tərəfindən bıçaqlandı

Gədəbəy rayonunun Şahdağ kəndində qadın bıçaqlanıb.

Yenicag.az xəbər verir ki, mübahisə zəminində bıçaq xəsarətləri alan 1993-cü il təvəllüdlü Tahirə İsgəndərova xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, qısqanclıq zəminində hadisəni törətməkdə şübhəli bilinən, qadının əri 1977-ci il təvəllüdlü Mütəllim Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

COP29