!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gədəbəydə sərxoş sürücülərin şousu- VİDEO

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi ötən gecə Gədəbəydə reyd keçirib.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı yol polisi qanunun tələblərini izah etməyə, sürücü isə sərxoş olduğundan özünə haqq qazandırmağa çalışıb.

Xəbərdə deyilir ki, yay mövsümündə avtomobillərin intensivliyi müşahidə olunan Gədəbəydə sərxoş sürücülərin çoxluğu Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının diqqətindən yayınmayıb.

Çox təəssüf ki, bu dəfə də özlərinin və digər şəxslərin həyatını təhlükə altına atan “sürücülərə” rast gəlinib. Sürücülk vəsiqəsi olmadan avtomobili idarə edən bəzi maşın sahibləri polisə müqavimət göstərməkdən belə çəkinməyib. Amma Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Yol polisi qaydaları pozan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sürət həddini aşan, avtomobili sənədsiz idarə edən və ən əsası da spirtli içki qəbul edərək sükan arxasında əyləşən sürücülərə qarşı tədbirləri davam etdirir.

Yenicag.az 

www.yenicag.az

1029
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv